16 iyul 2022 - 11:57
Hondurasın paytaxtında beynəlxalq cinayətkar qrupun üzvləri dörd gənci güllələyiblər.
Onların arasında ölkənin eks-prezidentini Porfirio Lobo Sosanın 19 yaşlı oğlu da var.
Hadisə iyulun 14-də səhər tezdən baş verib.
Polisin məlumatına görə, hadisə yerində azı yeddi silahlı olub.
Onlar gecə klubunun çıxışında ölkənin eks-prezidentinin oğlu Səid Lobo Sosanın da daxil olduğu 4 dostun əyləşdiyi maşını saxlayıblar.
Zərərçəkənlər maşından çıxarılaraq atəşə tutulub.