Təqvim
Ukraynalılara verilən Rusiya pasportları tanınmayacaq
14 iyul 2022 - 16:53

Rusiya Federasiyasının ukraynalılar üçün Rusiya vətəndaşlığının sadələşdirilmiş proseduru ilə bağlı yeni qanunvericiliyi suverenliyin pozulmasıdır və Aİ belə pasportları tanımayacaq. 

Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Josep Borrell deyib. 

"Bütün ukraynalıların Rusiya vətəndaşlığını əldə etmə prosedurunu sadələşdirən yeni Rusiya qanunvericiliyi Ukraynanın qeyri-qanuni müharibə ilə bağlı suverenliyinin növbəti kobud şəkildə pozulmasıdır. Aİ bu pasportları heç vaxt tanımayacaq", - Borrell öz "Twitter" səhifəsində yazıb.

O əlavə edib ki, Aİ özünü elan etmiş Luqansk və Donetsk Xalq Respublikalarında, eləcə də Zaporojye və Xerson vilayətlərində verilən Rusiya pasportlarına münasibətdə olduğu kimi eyni mövqedən çıxış edəcək.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
...

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə