Təqvim
“SOCAR Energy Ukraine”nin 80 əməkdaşı Ukraynada müharibədə döyüşür
11 iyul 2022 - 20:53

"Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra Azərbaycanın yanacaqdoldurma stansiyaları şəbəkəsi olan “SOCAR Energy Ukraine” iri layihələrə investisiyaları bərpa etməyi planlaşdırır".

Bu barədə “SOCAR Energy Ukraine” yanacaqdoldurma məntəqələri şəbəkəsinin direktoru İqor Orlov Ukrayna KİV-inə müsahibəsində deyib.

“Biz Ukraynada şəbəkənin daha da inkişaf edəcəyinə ümidvarıq”, - o deyib.

İ.Orlovun sözlərinə görə, “SOCAR Energy Ukraine” 2021-ci ili müsbət maliyyə nəticəsi ilə başa vurub.

“2022-ci ildə daha pis olacağını gözləyirik. Nə qədər? Bu, hərbi əməliyyatların gedişindən və ölkədəki vəziyyətdən asılı olacaq. Gəlirlərə neft məhsullarının qiymətlərinin, logistika xərclərinin artması və satışın azalması təsir edir. Vəziyyəti sabitləşdirmək üçün xərcləri, təxminən, 50% azaltmışıq.

Stansiyaların saxlanması, təmir xərcləri azaldılıb, bir sıra investisiya layihələri təxirə salınıb. İndi ancaq xeyriyyə layihələri həyata keçiririk, məsələn, İrpendə məktəbi bərpa edirik.

Ölkədə qalıb işləməyə davam edən əməkdaşlarımız qarşısında bütün öhdəlikləri yerinə yetiririk. İndi yanacaqdoldurma məntəqələrimizdə 1 000-ə yaxın insan işləyir, müharibədən əvvəl isə say 1 457 nəfər idi. Onlardan 80-i səfərbər olub. Biz onların işini saxlayırıq və maaş ödəməyə davam edirik. 400 nəfər ölkəni tərk edib və ya işləməkdən imtina edib”, - İ.Orlov bildirib.

Xatırladaq ki, SOCAR-ın Ukraynada nümayəndəliyi 2008-ci ildə açılıb. 2009-cu ildə şirkət Odessa və Nikolayev vilayətlərində “Tala-Neft” şəbəkəsinin 20-yə yaxın yanacaqdoldurma məntəqəsini, həmçinin Odessa vilayətindəki iri “Rassvet” neft bazasını satın alıb. 2010-2011-ci illərdə isə ONIO (Kiyev və vilayətdə dörd yanacaqdoldurma məntəqəsi) və GFC (Lvov vilayəti) yanacaqdoldurma şəbəkələrinə nəzarəti ələ keçirib.

2012-ci ilin avqustunda SOCAR Ukraynanın Antiinhisar Komitəsindən “Kalina” qrupunun 26 yanacaqdoldurma məntəqəsi və bir neft bazasını almaq üçün icazə alıb. Şəbəkə Ukraynada 57 yanacaqdoldurma məntəqəsini, o cümlədən iki neft bunkerini - Kiyevdə “Bakı-1” və Odessada “Gəncə”ni idarə edir. 2016-cı ilin sonundan şirkət Ukraynada təbii qaz ticarəti ilə də məşğuldur (report).

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
...
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə