Şri-Lankanın ticarət paytaxtı Kolomboda minlərlə etirazçı prezidentin rəsmi iqamətgahına basqın edib. Əllərində Şri-Lanka bayraqları və dəbilqələri olan bəzi etirazçılar prezident əleyhinə şüarlar səsləndiriblər.
Ölkənin Müdafiə Nazirliyi prezident Qotabaya Rajapaksanın təhlükəsizliyi üçün dünən rəsmi binadan çıxarıldığını deyib. Aksiyada ikisi polis olmaqla azı 21 nəfər yaralanıb və xəstəxanaya aparılıb.
Qeyd edək ki, mart ayından başlayan aksiyalarda etirazçılar prezidentin istefasını tələb edirlər.
Bütün hüquqlar qorunur © 2024