Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan təhsil aldığı akademiyadan xaric edilib. İrəvanda yerləşən Ermənistan Dövlət İncəsənət Akademiyasında oxuyan Aşot Paşinyan dərslərdə iştirak etmədiyi üçün akademiyadan uzaqlaşdırılıb. "Oragir.news"un yazdığına görə, Aşot dərslərdə yalnız ilk üç dərs günü iştirak edib. “Maraqlıdır ki, bir vaxtlar İrəvan Dövlət Universitetinin də tələbəsi olan Nikol Paşinyan o zamankı iqtidardan narazı olduğu üçün dərslərdə iştirakdan imtina etmişdi, görəsən Aşot da hakimiyyətdən narazıdır?” - xəbərdə qeyd edilib.
Bütün hüquqlar qorunur © 2025