Təqvim
Zelenski Consonu “Ukraynanın əsl dostu” adlandırdı
07 iyul 2022 - 21:12

Ukrayna Prezidenti Volodimir Zelenski baş nazir Boris Consonun istefasından sonra Böyük Britaniyanın Ukrayna siyasətinin dəyişməyəcəyinə əmindir.

O, bu barədə CNN telekanalına müsahibəsində bildirib.

Zelenski Consonu “Ukraynanın əsl dostu” adlandırıb və əlavə edib ki, baş nazirin istefasına baxmayaraq, Böyük Britaniyanın Ukrayna ilə bağlı siyasətinin yaxın gələcəkdə dəyişməyəcəyinə əmindir.

Qeyd edək ki, bu gün - iyulun 7-də Conson Britaniyanın baş naziri vəzifəsindən istefa verdiyini açıqlayıb. Conson həmçinin bildirib ki, o, Mühafizəkarlar Partiyasının yeni lideri və hökumət başçısı seçilənə qədər baş nazir vəzifəsində qalacaq.

BBC-nin xəbərinə görə, Mühafizəkarlar Partiyasının rəhbərliyinə seçkilər bu ilin yayında keçiriləcək və yeni baş nazir oktyabrda vəzifəsinin icrasına başlayacaq. Conson, Rusiyanın genişmiqyaslı işğalı başlayandan sonra Ukraynaya səfər edən G7 ölkəsinin ilk lideri idi. Bu müddət ərzində o, artıq iki dəfə Kiyevə səfər edib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
...
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə