ABŞ-ın texnologiya şirkəti "Google" abort klinikalarına gedənlərin yer məlumatlarını siləcəyini açıqlayıb. Bu barədə "Google" un vitse-prezidenti Cen Fitzpatrik məlumat yayıb. Bundan əlavə, doğum klinikalarına, narkomaniyaya qarşı müalicə mərkəzlərinə və arıqlama klinikalarına edilən müraciətlər də yer məlumatları keçmişindən silinəcək.
Qeyd edək ki iyunun 24-ü ABŞ Ali Məhkəməsi abortu təməl hüquq olmaqdan çıxarandan sonra 16 ştatda abort qadağan edilib.
Bütün hüquqlar qorunur © 2024