Ermənistan parlamentində çoxluq təşkil edən “Vətəndaş müqaviləsi” baş prokuror vəzifəsinə Anna Vardapetyanın namizədliyini irəli sürüb. Bu barədə fraksiyanın sosial şəbəkədəki səhifəsində məlumat verilib. Anna Vardapetyanın 36 yaşı var. O, 2002-12-ci illərdə İrəvan Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, magistr və aspiranturasını bitirib.
2014-18-ci illərdə Ədliyyə Departamentinin sədr müavini, 2018-19-cu illərdə müşavir, sonra isə ədliyyə nazirinin müavini olub. 2020-ci ilin martından baş nazirin köməkçisidir.
Hazırkı baş prokuror Artur Davtyanın səlahiyyətləri isə sentyabrda başa çatır. O, daha bir dəfə də yenidən seçilə bilər. Amma “Vətəndaş müqaviləsi” onun bir daha namizədliyini irəli sürməmək qərarına gəlib.
Yeri gəlmişkən, o, Ermənistanda belə bir mühüm posta namizəd kimi irəli sürülən ilk qadındır.
Bütün hüquqlar qorunur © 2025