Kanada polisi 92 yaşlı təqaüdçü keşişi 50 il əvvəl internat məktəbində cinsi təcavüzə görə həbs edib. Qurbanın o zaman 10 yaşında olub. Keçiş Artur Masse müəyyən şərtlərlə azadlığa buraxılıb və iyulda məhkəmə qarşısına çıxmalıdır. 19-cu əsrdən 1970-ci illərə qədər 150.000-dən çox aborigen uşağın Kanada cəmiyyətinə assimilyasiya proqramı çərçivəsində dövlət tərəfindən maliyyələşdirilən xristian məktəblərinə getməsi tələb olunub. Onlar xristianlığı qəbul etməyə məcbur edilib və yerli dillərdə danışmağa icazə verilməyib. Uşaqların çoxları döyülüb, şifahi təhqir olunub, bəzi mənbələrə görə isə 6000-ə qədər insan həlak olub. Kanada hökuməti 2008-ci ildə parlamentdə üzrxahlıq elan və məktəblərdə fiziki və cinsi istismarın geniş yayıldığını etiraf edib.
Bütün hüquqlar qorunur © 2025