Emmanuel Makron Ukraynaya səfərinə rus işğalçılarının çoxsaylı hərbi cinayətlərinin qeydə alındığı Kiyevətrafı rayonlara səfərlə başlamağı planlaşdırır. Fransa prezidenti bunu Kiyev-Pasajırski dəmir yolu vağzalında yerli mediaya açıqlamasında deyib. "Biz Volodimir Zelenski ilə görüşməyi və onunla birlikdə qırğınların baş verdiyi yerlərə getməyi planlaşdırırıq", - deyə o, ifadə edib.
Bütün hüquqlar qorunur © 2025