Braziliyada araşdırma aparan 57 yaşlı britaniyalı jurnalist Dom Filips və tədqiqatçı Bruno Pereyra keçən həftə Amazonas əyalətinin Javari bölgəsində yoxa çıxıblar və onlardan xəbər alınmayıb. Bölgədə günlərlə davam edən axtarış-xilasetmə işlərindən sonra bu gün itkin düşən iki nəfərin cəsədi tapılıb. Səlahiyyətlilər Filips və Pereyranın cəsədlərinin hələ də məhkəmə-tibbi araşdırmalardan keçmədiyini bildiriblər. Bundan əlavə, polis araşdırma aparmaq üçün bölgəyə gedən Filips və Pereyra itkin düşmədən günlər əvvəl təhdidlər aldığını bildirib.
Bütün hüquqlar qorunur © 2024