Çapa göndər
Braziliyada itkin düşən jurnalistlərin cəsədi tapıldı

13 iyun 2022 - 18:10

Braziliyada araşdırma aparan 57 yaşlı britaniyalı jurnalist Dom Filips və tədqiqatçı Bruno Pereyra keçən həftə Amazonas əyalətinin Javari bölgəsində yoxa çıxıblar və onlardan xəbər alınmayıb.

Bölgədə günlərlə davam edən axtarış-xilasetmə işlərindən sonra bu gün itkin düşən iki nəfərin cəsədi tapılıb.

Səlahiyyətlilər Filips və Pereyranın cəsədlərinin hələ də məhkəmə-tibbi araşdırmalardan keçmədiyini bildiriblər.

Bundan əlavə, polis araşdırma aparmaq üçün bölgəyə gedən Filips və Pereyra itkin düşmədən günlər əvvəl təhdidlər aldığını bildirib.