Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfərə gedib.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Ermənistanın baş naziri Rusiya paytaxtında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iştirakçısı olan ölkələrin liderlərinin növbəti sammitində iştirak edəcək.
Müzakirələrin nəticəsi olaraq Ermənistan hökumətinin başçısı Nikol Paşinyan, eləcə də KTMT-nin baş katibi Stanislav Zas mətbuata münasibət bildirəcək.
Xatırladaq ki, hazırda KTMT-yə Ermənistan sədrlik edir.
Bütün hüquqlar qorunur © 2025