Əfqanıstana rəhbərlik edən Taliban hərəkatı rəsmi olaraq bütün ölkədə qadınların hicab taxmasının məcburi olduğunu elan edib. AzVision.az xəbər verir ki, bu barədə islam məsələləri üzrə aidiyyəti dövlət qurumu məlumat yayıb. "Hicabı taxmağın hökmü həddi-büluğa çatmış müsəlman qadınlar üçün vacibdir. Şəriət göstərişlərinə əsasən, qoca və cavan yaşda olmayan qadınlar üzlərini (hicab - red.) örtməlidirlər, başqa insanlarla qarşılaşdıqda gözlərini yayındırmalıdırlar”, - məlumatda deyilir.
Qeyd olunur ki, qadın ictimai yerlərdə hicab taxma qaydasını sistemli şəkildə pozarsa, onun atası və ya əri həbs oluna bilər.
Bütün hüquqlar qorunur © 2025