Ukraynanın Çerniqov vilayətində spirtli içkilərin satışı yenidən qadağan olunacaq. Bunu Çerniqov vilayət administrasiyasıənın rəhbəri Vyaçeslav Çaus deyib. “Biz son iki həftə ərzində cinayətlərin dinamikasını və xarakterini təhlil etdik. Tərəzinin bir gözünə Çerniqov vilayətinin sakinlərinin təhlükəsizliyini, digər gözünə də yerli büdcələrə aksiz vergisini qoysaq, mən birincini seçərdim. Buna görə də biz bütün Çerniqov vilayətində spirtli içkilərin satışına qoyulmuş qadağanı geri qaytarırıq”, - məlumatda qeyd olunub.
Bütün hüquqlar qorunur © 2025