Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib. Bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk bildirib. Vereşuk qeyd edib ki, bu dəfə 14 nəfər ukraynalı evlərinə qayıdıb. Onların arasında 7 hərbçi, 7 mülki şəxs də var. "Bu mübadilə mənim üçün xüsusidir: hərbçi qadınlardan biri beş aylıq hamilədir", - Vereşuk əlavə edib. Xatırladaq ki, Ukrayna ilə Rusiya arasında sonuncu məhbus mübadiləsi aprelin 28-də baş tutub. Mübadilə zamanı 45 ukraynalı vətənə qayıdıb.
Bütün hüquqlar qorunur © 2025