Rusiya Ukraynanın Odessa hava limanına raket zərbələri endirib. Bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat yayıb. Raket hücumu nəticəsində Odessa hava limanının uçuş-enmə zolağı zədələnib. Onun yenidən istifadəsi mümkün deyil. Həmçinin, şəhərdə bir neçə partlayış səsi eşidilib. Odessa vilayətində hava həyəcanı elan edilib. Vətəndaşlardan sığınacağa getmələri xahiş olunub.
Bütün hüquqlar qorunur © 2025