Ukraynanın Mariupol şəhəri Rusiyanın nəzarəti altına keçib. Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. O bildirib ki, silahlıların bloklandığı "Azovstal"da işləri başa çatdırmaq üçün Rusiya Silahlı Qüvvələrinə üç-dörd gün vaxt lazımdır. Rusiya Prezidenti Vladimir Putin Mariupolda aparılan döyüş əməliyyatlarını uğurlu adlandırıb və Şoyqunu təbrik edib. Rusiya prezidenti həmçinin Mariupolun ələ keçirilməsi münasibətilə hərbçilərə dövlət mükafatları təqdim etməyi tapşırıb. Qeyd edək ki, Mariupol 24 fevraldan bəri Ukraynanın ən uzun müddət mühasirədə qalan şəhəridir və müqavimətin simvolu hesab olunurdu.
Bütün hüquqlar qorunur © 2025