Təqvim
Oyuncaq tapança ilə 45 minlik qızıl oğurladılar
29 mart 2022 - 10:52

Göyçay şəhəri ərazisində yerləşən qızıl mağazasından oğurluq edilib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, zərərçəkən Rayon Polis Şöbəsinə müraciət edərək 45 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını və həmin naməlum şəxslərin ona silahla hədə-qorxu gəldiklərini bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Bəydövül kənd sakini Əfsun Səlimzadə və iki yetkinlik yaşına çatmayan şəxs tutularaq istintaqa təhvil verilib.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər mağazadan oğurluq etməyi bir neçə gün əvvəl planlaşdırıblar. Martın 26-da planlarını reallaşdırmaq məqsədilə yetkinlik yaşına çatmayanlardan biri mağazaya daxil olub. Satıcının yerində olmamasından istifadə edərək qızılları götürüb, oradan uzaqlaşmaq istəyərkən çıxışda mağazanın sahibi ilə rastlaşıb. Əvvəlcədən üzərində götürdüyü oyuncaq tapança ilə ona hədə-qorxu gəlib və qaçmağa başlayıb. Oğurladıqlarını bir qədər aralıda onu gözləyən Əfsun Səlimzadəyə verdikdən sonra iz itirmək məqsədilə ayrı-ayrı istiqamətlərdə hərəkət ediblər. Ə.Səlimzadə isə həmkəndlisi olan digər yetkinlik yaşına çatmayan şəxsin yaşadığı ünvana gedib və qızılları şüşə qaba qoyaraq birlikdə torpağa basdırıblar. Məqsədləri bir müddət keçdikdən sonra Bakı şəhərinə getmək və oğurladıqlarını paytaxtda satdıqdan sonra əldə etdikləri pulu öz aralarında bölmək olub.

Faktla bağlı cinayət işi başlanılıb və torpağa basdırılmış qızıl-zinət əşyaları həmin yerdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə