Mariupolda Rusiyanın teatra hücumu nəticəsində 300 nəfərin öldüyü ehtimal edilir. Şahidlərin məlumatlarına əsasən, Rusiyanın Mariupol Dram Teatrına hücumu nəticəsində 300-ə yaxın insan həyatını itirib. Qeyd edək ki, bina mühasirədə olan Mariupol şəhərində əsas sığınacaqlardan biri kimi istifadə olunurdu. Teatra sığınanların sayı təxminən 800-1300 nəfər olub. Şəhərdə kommunikasiya şəbəkələri də daxil olmaqla, əsas xidmətlərin tamamilə sıradan çıxması səbəbindən hücumun tam miqyası haqqında məlumat toplamaq mümkün olmayıb. Xatırladaq ki, martın 16-da Rusiya ordusu Mariupoldakı Dram Teatrına aviazərbələr endirib.
Bütün hüquqlar qorunur © 2025