"Qonşu ölkələrdə cərəyan edən hadisələr Azərbaycana təsirsiz ötüşmür. Ukraynada yaşayan soydaşlarımızın təxliyə edilməsi diqqət mərkəzindədir". Bunu Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, soydaşlarımızın Ukraynadan təxliyəsi, həmçinin, təhlükəsizliyinin təmin edilməsi baxımından bütün işlər görülür. O əlavə edib ki, indiyədək Ukraynadan 9 246 nəfər təxliyə olunub
Bütün hüquqlar qorunur © 2024