15 mart 2022 - 12:49
"Qonşu ölkələrdə cərəyan edən hadisələr Azərbaycana təsirsiz ötüşmür. Ukraynada yaşayan soydaşlarımızın təxliyə edilməsi diqqət mərkəzindədir".
Bunu Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, soydaşlarımızın Ukraynadan təxliyəsi, həmçinin, təhlükəsizliyinin təmin edilməsi baxımından bütün işlər görülür.
O əlavə edib ki, indiyədək Ukraynadan 9 246 nəfər təxliyə olunub