Ukraynalı deputat Yevgeni Rıbçinski Ukraynaya gəlməsi ilə öyünən Çeçenistan lideri Ramzan Kadırovu qətlə yetirən şəxsə ev verəcəyini vəd edib. O, bu barədə "Facebook"da yazıb. "Əgər Kadırov həqiqətən də Kiyevin yaxınlığındadırsa, o zaman Silahlı Qüvvələrin hər bir döyüşçüsü bu rüsvayçılığı məhv etməyi qarşısına məqsəd qoymalıdır. Söz verirəm ki, kim Kadırovun başını gətirsə, ona Kiyev yaxınlığında 40 hektar ərazisi olan bir ev verəcəyəm!" , - deyə o, bildirib. Qeyd edək ki, ötən gün Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko Kadırov Ukraynaya gəldiyini və İvankovda zirzəmidə çeçen əsgərlərlə görüşdüyü açıqlamışdı.
Bütün hüquqlar qorunur © 2024