Çapa göndər
"Kadırovu öldürən şəxsə ev verəcəyəm" - Ukraynalı deputat

14 mart 2022 - 15:38

Ukraynalı deputat Yevgeni Rıbçinski Ukraynaya gəlməsi ilə öyünən Çeçenistan lideri Ramzan Kadırovu qətlə yetirən şəxsə ev verəcəyini vəd edib. 

O, bu barədə "Facebook"da yazıb.

"Əgər Kadırov həqiqətən də Kiyevin yaxınlığındadırsa, o zaman Silahlı Qüvvələrin hər bir döyüşçüsü bu rüsvayçılığı məhv etməyi qarşısına məqsəd qoymalıdır. Söz verirəm ki, kim Kadırovun başını  gətirsə, ona Kiyev yaxınlığında 40 hektar ərazisi olan bir ev verəcəyəm!" , - deyə o,  bildirib. 

Qeyd edək ki, ötən gün Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko Kadırov Ukraynaya gəldiyini və İvankovda zirzəmidə çeçen əsgərlərlə görüşdüyü açıqlamışdı.