Rusiya hərbçiləri Mariupoldakı doğum evinə artilleriya zərbəsi endiriblər. Bu barədə Ukrayna Milli Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin feysbukda yazıb. "Ruslar Mariupoldakı 2 saylı doğum evinə artilleriya zərbəsi endiriblər. Şahidlərin sözlərinə görə, doğum evi yerlə-yeksan olub, çoxlu sayda yaralı var. Bir qadın həlak olub", - Abroskin qeyd edib. Bundan əlavə, Mariupol Şəhər Şurasının mətbuat xidməti rus hərbçilərinin uşaq xəstəxanasına bir neçə bomba atdığını bildirib: "Dağıntılar böyükdür. Xəsarət alan uşaqlarla bağlı məlumat dəqiqləşdirilir".
Bütün hüquqlar qorunur © 2025