Qüdsdə Rusiya Prezidenti Vladimir Putinin adına olan “Putin pub”ın adı dəyişdirilib. Bu barədə İsrailin Ukraynadakı səfiri Maykl Brodski məlumat verib. Onun sözlərinə görə, “Putin pub”ın adı dəyişdirilərək “Zelenskiy pub” olub. Belə ki, məkanın sahibləri bunula Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstək olduqlarını bildiriblər.
Bütün hüquqlar qorunur © 2025