Təqvim
Həkimlərin çantasını oğurlayanlar saxlanıldı
07 mart 2022 - 16:31

Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan Rəşad Bağırov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 1 kiloqrama yaxın narkotik vasitə olan heroin, metamfetamin və elektron tərəzi aşkar edilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxs xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onların ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdikləri narkotikləri satmaq məqsədi ilə qəbul edib.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə rayon ərazisində yerləşən özəl tibb müəssisələrindən oğurluqlar edən əvvəllər məhkum olunmuş Elnur Fərzəliyev saxlanılıb. Araşdırma zamanı onun klinikalarda çalışan həkimlərin içərisində pul, qızıl-zinət əşyaları, mobil telefonlar, bank kartları və digər aksesuarlar olan çantalarını oğurladığı sübuta yetirilib. Elnur Fərzəliyevin zərərçəkənlərə 2 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rəşad Bağırov və Elnur Fərzəliyevin digər analoi cinayətlər törətməsi istisna edilmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Vəli İsrafilov Avropa çempionudur 21:22, 24 aprel 2024
VƏTƏN ƏMANƏTİ – Masallıda orduya yaz çağırışı 20:46, 24 aprel 2024
Masallıda şəhid ailəsi üçün ev tikilib 16:32, 24 aprel 2024
Azərbaycanla Rusiya arasında münasibətlərin yeni mərhələsi 13:37, 24 aprel 2024
Masallı kitabxanasının 100 illik yubileyi 21:47, 23 aprel 2024
Masallıda görkəmli bəstəkarın yubiley tədbiri 15:12, 22 aprel 2024
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə