Təqvim
Belarus ordusu Ukraynaya daxil oldu
01 mart 2022 - 14:29

Belarus qoşunları Ukraynanın Çerniqov vilayətinə daxil olub.

Bununla bağlı Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin məlumat yayıb.

Məlumatı “Şimal” müdafiə qüvvələrinin regional idarəsinin nümayəndəsi Vitali Kirillov təsdiqləyib.

“Belarus müharibəyə qoşuldu. Belarus qoşunları Çerniqov vilayətinə daxil olub”, - məlumatda deyilir.

Slabin, Pakul və Mixaylo-Kotsyubinski kəndlərinin sakinləri üzərində ağ dairə çəkilmiş hərbi texnikanın hərəkəti barədə məlumat veriblər. Texnikanın hərəkəti mobil rabitənin səssizliyi ilə müşayiət olunur.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
...

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə