Təqvim
Gülağa Tənha : Dünyanın ən güclü ordularından birinə çevrilmiş şanlı Azərbaycan Ordusu
28 fevral 2022 - 10:31

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sahəyə ayırdığı yüksək diqqət və qayğı nəticəsində daha da təkmilləşdirilmiş, müasir silahlarla təchiz edilmişdir. Məhz dövlətimizin başçısının bu sahəyə ayırdığı diqqətin nəticəsində ordumuzun silah arsenalı müasir silahlarla təchiz edilmiş, habelə yüksək ixtisaslı kadrlar hazırlanaraq, şəxsi heyətin döyüş, mənəvi-psixoloji hazırlığı ən yüksək səviyyəyə qalxmışdır.
Dünyanın ən güclü ordularından birinə çevrilmiş şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə üzərinə qoyulmuş tarixi missiyanın öhdəsindən layiqincə gələrək bizə tarixi Qələbə bəxş etmişdir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmənə ardıcıl və sarsıdıcı zərbələr vuran rəşadətli ordumuz tarixi Qələbə çalaraq əzəli və əbədi Vətən torpaqlarını düşmən işğalından birdəfəlik azad etməyə müyəssər oldu.
44 günlük müharibə və düşmən üzərində heç vaxt unudulmayacaq, hər birimiz üçün əziz olan, qürurumuza, yenilməyən inamımıza çevrilən tarixi qələbə dövlətimizin rəhbərinin siyasətini, qətiyyətini nümayiş etdirməklə, həm də çətin gündə xalqımızın birliyini, əyilməzliyini ortaya qoydu, ordumuzun Azərbaycanın hərb tarixinə şanlı səhifə yazmaq bacarığına malik olduğunu sübuta yetirdi. Qısa bir müddətdə igid oğullarımızın şücaəti nəticəsində düşmən əzildi, demək olar ki, məhv edildi. Azərbaycan Prezidenti, Ali Baş Komandan, şanlı ordumuz , müzəffər xalqımız Silahlı Qüvvələr gününü qalib kimi qeyd etdiyi bu günlərdə qürur hissi keçirməklə bərabər, həm də sülhün, əminamanlığın təmin olunması üçün dünyaya çağırışlar edir, millətləri, xalqları həmrəyliyə səsləyir.
Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki onun qurduğu ordu öz tarixi missiyasını layiqincə və şərəflə yerinə yetirdi. Şəhidlərimizin ruhu rahatdır, çünki uğrunda mübarizə apardıqları torpaqlarımız azad olunub. Dəmir yumruq isə yerindədir. İlham Əliyevin dediyi kimi: “Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.
Əminliklə söyləmək olar ki, qüdrətli Azərbaycanın qalib ordusu bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək və yeni nailiyyətlərin, zəfərlərin altına imza atacaq!

 

Qəhrəmanlarımızın bayramı mübarək olsun!


Yaşasın qüdrətli Azərbaycan!


Yaşasın şanlı Azərbaycan Ordusu!


Yaşasın Müzəffər Ali Baş Komandanımız!

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
...
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə