Təqvim
Özünü kuryer kimi təqdim edən şəxs evləri qarət etdi
22 fevral 2022 - 14:02

Bakıda özünü kuryer kimi təqdim edən şəxs evlərdən oğurluq edib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nizami rayonunda naməlum şəxs mənzillərdən birinə yaxınlaşıb özünü kuryer kimi təqdim edərək ev sahibinə xaricdən sovqat gətirdiyini bildirib.

Daha sonra həmin şəxs sovqatı təqdim etmək üçün sənəd istəyib. Bu zaman zərərçəkənin sənəd dalınca digər otağa keçməsindən istifadə edən naməlum şəxs mənzilin yataq otağından içərisində 2 400 manat, eləcə də qızıl-zinət əşyaları olan pul kisəsini oğurlayıb və hadisə yerindən qaçıb.

Oxşar məzmunlu şikayətlə daha bir Nizami rayon sakini polisə müraciət edib. İkinci mənzildə qeydə alınan hadisə zamanı isə həmin şəxs ev yiyəsinin 2 500 manatını oğurlayıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı həmin hadisələri törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər dəfələrdə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş Azad Məmmədov saxlanılıb.

O, ifadəsində törətdiyi hadisələri etiraf edib.

Faktlarla bağlı 24-cü Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Azad Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

“Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər”, - məlumatda qeyd olunub.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Azərbaycan XİN İrana nota verdi18:33, 03 dekabr 2022
Ermənistanın mina terrorundan zərər çəkənlərin sayı AÇIQLANDI18:09, 03 dekabr 2022
Ermənistanın minalarla bağlıverdiyi məlumatların 1,25 faizi etibarlıdır18:08, 03 dekabr 2022
Gənclər arasında İKT bacarıqlarının artırılması, sosial şəbəkələrdən düzgün istifadə Akif Ağayev +FOTO=218:04, 03 dekabr 2022
Əli Əsədov yeni qərar İMZALADI 15:49, 03 dekabr 2022
Yunanlar adalara qoşun yerləşdirir 13:41, 03 dekabr 2022
Bank kartından külli miqdarda oğurluq edildi 13:03, 03 dekabr 2022
Masallıda müasir heyvan kəsimi məntəqəsinın açılışı olub Akif Ağayev +FOTO=711:06, 03 dekabr 2022
Şəkinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanışlıq +FOTO=1923:19, 02 dekabr 2022
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub 22:51, 02 dekabr 2022
Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanışlıq +FOTO=820:49, 02 dekabr 2022
Prezident Orta Zəyzid kəndində quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olub +FOTO=520:44, 02 dekabr 2022
Kanadadan İrana yeni SANKSİYA20:11, 02 dekabr 2022
“Şəki-Oğuz” Aqroparkında yeni zavodun təməli qoyulub +FOTO=219:48, 02 dekabr 2022
“Şəki-Oğuz” Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edən qurğular istifadəyə verilib +FOTO=419:41, 02 dekabr 2022
İlham Əliyev “Şəki-Oğuz” Aqroparkında yaradılan şəraitlə tanış olub 19:33, 02 dekabr 2022
“Oğuz” kiçik su elektrik stansiyaları silsiləsinin açılışı olub +FOTO=519:15, 02 dekabr 2022
İlham Əliyev Oğuz rayonuna səfər edib +FOTO=219:04, 02 dekabr 2022
Mehriban Əliyeva Şəkidən paylaşım etdi +FOTO18:30, 02 dekabr 2022
Gülağa Tənha: HƏRƏ ÖZ İÇİNDƏ DURULMALIDI17:36, 02 dekabr 2022
 

Bütün hüquqlar qorunur © 2022

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə