Təqvim
Seperatçılar atəşkəsi pozdu: Ukrayna hərbçisi həlak oldu
19 fevral 2022 - 13:00

Ukraynada yaranmış gərginliklə bağlı bir hərbçi həlak olub. Bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, Rusiyaya bağlı işğalçı qüvvələr atəşkəsi 19 dəfə pozublar. - Nəticədə bir ukraynalı əsgər həlak olub. 19 atəşkəs pozuntusundan 16-sı Minsk razılaşmaları ilə qadağan olunmuş silahlardan istifadə etməklə baş tutub... Atışma nəticəsində bir ukraynalı hərbçi qəlpə yarası alıb. Birgə qüvvələrin komandanlığı həlak olanların ailələrinə və yaxınlarına səmimi və dərin hüznlə başsağlığı verir, - məlumatda deyilir.
 

 

Ukrayna xüsusi təyinatlılarının döyüşünə dair görüntülər yayıldı- VİDEO Qeyd edilir ki, qarşı tərəf 122 mm çaplı artilleriya sistemlərindən, 120 mm və 82 mm kalibrli minaatanlardan, müxtəlif sistemli qumbaraatanlardan istifadə edib.
 

 

- Bundan əlavə, Donetsk vilayətində düşmənin, ehtimal ki, "Orlan-10" pilotsuz uçuş aparatı cəbhə xəttini keçən zaman qeydə alınıb. Birgə Qüvvələrin Komandanlığının qərargahı bəyan edib ki, işğalçılar yaşayış məntəqələrindən məkrli şəkildə istifadə edirlər. Onlar buradan artilleriya atəşi aparmağa və artilleriya sistemlərini yaşayış binalarının yaxınlığında yerləşdirməyə davam edirlər.
 

 

Düşmən bu cür hərəkətlərlə ukraynalı hərbçiləri cavab atəşi açmağa məcbur etməyə çalışırlar ki, sonradan guya dinc sakinlərin atəşə tutulması görüntüsü yaradılsın. Lakin qərargah qeyd edib ki, Birgə Qüvvələr mülki infrastruktura atəş açmır və Beynəlxalq Humanitar Hüquq normalarına əməl edir, - məqalədə yazılıb.
 

Xatırladaq ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.
 

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. Hətta son günlər təlimləri başa vuran bölmələrin bir hissəsi ölkənin qərb bölgəsindən daimi dislokasiya bölgələrinə geri qaytarılıb. Buna baxmayaraq ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
...
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə