Gəncə şəhərində bir neçə gün əvvəl özünü körpüdən atan 50 yaşlı qadın yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Xəstəxanada vəfat edən şəxsin ölüm səbəbi məlum olub. 14 fevral tarixində özünü Gəncə çayı üzərindəki körpüdən ataraq intihar etmək istəyən, 1971-ci il təvəllüdlü Vəfa Əliyeva çanaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, bu gün həmin xəstəxanada vəfat edib. Qadının intihar etməsinə səbəb bir neçə il əvvəl həyat yoldaşının, daha sonra isə övladının dünyasını dəyişməsidir. Qadın yaşama səbəbi olmadığı üçün Sevgililər Günündə intihara cəhd edib.
Bütün hüquqlar qorunur © 2024