Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti yerləşən rus sülhməramlı kontingentinin yardım mərkəzi Xankəndidə humanitar aksiya keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Xankəndidəki 5 saylı uşaq evindəki 117 uşağa karandaş, rəsm ləvazimatları, uşaq oyuncaqları və s. hədiyyə edilib. Qeyd edilib ki, 2022-ci il ərzində - 40 gün müddətində Xankəndi və ətrafında, o cümlədən Laçın dəhlizi boyunca yerləşən köçkünlər üçün ümumilikdə 30-dan çox humanitar aksiya keçirilib.
Bütün hüquqlar qorunur © 2025