Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolda quraşdırılan dəmir səddin üzərindən keçmək istəyən qadın Bakı-Mingəçevir marşrutu üzrə işləyən iri tutumlu avtobusun altına düşərək hadisə yerində ölüb. Onun şəxsiyyəti aydınlaşdırılır. Faktla bağlı araşdırma aparılır.
Bütün hüquqlar qorunur © 2025