Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi Tərtər rayonunda məktəbli qızın qaçırılması ilə bağlı məlumatlara münasibət bildirib. Dövlət Komitəsindən bildirilib ki, Tərtər rayonunun Evoğlu kəndində, kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədovanın, Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılması ilə bağlı yanvarın 19-da quruma məlumat daxil olub. Onun sözlərinə görə, Dövlət Komitəsi dərhal faktın araşdırılmasına başlayıb. O bildirib ki, bununla bağlı Dövlət Komitəsi tərəfindən Tərtər və Ağdam Rayon İcra hakimiyyətlərində fəaliyyət göstərən "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komisiya"ya məktubla müraciət edilib.
Bütün hüquqlar qorunur © 2024