Təqvim
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi
08 yanvar 2022 - 12:08

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) xüsusi taqımının əməkdaşları tərəfindən sürücülük hüququ olmadan, eləcə də narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub.

 

BDYPİ-dən  verilən məlumata görə, yanvarın 7-də Xırdalan dairəsi adlanan ərazidə xidmət aparan DYP əməkdaşları sutkanın qaranlıq vaxtı xarici işıq cihazları söndürülmüş vəziyyətdə hərəkətdə olan “BMW” markalı, NN-635-NH qeydiyyat nişanlı avtomobil aşkar edib, sürücüyə “Saxla” işarəsi verilsə də, o, əvvəlcə göstərişə tabe olmayıb, lakin sonradan nəqliyyat vasitəsini dayandırıb.

 

Araşdırma zamanı avtomobili idarə edən 1983-cü il təvəllüdlü Əliyev İlqar Qəhrəman oğlunun nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, eləcə də həmin avtomobilə aid 1 060 manat ödənilməyən inzibati cərimə məbləğinin mövcudluğu aşkar edilib və göstərilən səbəblərdən avtomobilin mühafizə olunan duracağa yerləşdiriləcəyi barədə sürücüyə məlumat verilib. Bu zaman polisin qanuni tələbinə qəsdən tabe olmayan İ.Əliyev müqavimət göstərərək ərazidən uzaqlaşmağa çalışıb, lakin DYP əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, tibbi müayinə zamanı İ.Əliyevin avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Toplanan materiallar Abşeron Rayon Məhkəməsinə göndərilən və müvafiq qərara əsasən İ.Əliyev bir ay müddətində inzibati həbs olunub.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə