Türk Hava Yolları Qazaxıstana təxliyyə uçuşu həyata keçirəcək. Səfərin məqsədi Qazaxıstanda baş verənlərdən sonra Almatı şəhərində qalan THY komandası üzvlərinin və digər hava yolları şirkətlərində çalışan türklərin Türkiyəyə gətirilməsidir. Təyyarənin bu gecə İstanbuldan Almatıya getməsi, sabah təxminən 75 nəfərin Türkiyəyə gətirilməsi planlaşdırılır.
Bütün hüquqlar qorunur © 2025