Təqvim
Narkotikin təsiri altında "Tik-Tok"da canlı yayım açan şəxs saxlanıldı
30 dekabr 2021 - 18:08

Narkotikin təsiri altında Tik-Tokda canlı yayım açan şəxs həbs edilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bir neçə gün öncə Tik-Tok sosial şəbəkəsində gənc oğlanın canlı yayım açaraq dostuna “polis məndən xahiş edir ki, bizim ərazimizdə “dvijeniya” etməyin” sözlərini dediyini əks etdirən videogörüntü yayılmışdı.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə həmin şəxsin Abşeron rayon sakini, 19 yaşlı Tural Salmanov olması müəyyən edilib və o saxlanılıb.

T.Salmanov həmin ifadələri narkotikin təsiri altında izləyicilərinin marağını cəlb etmək məqsədilə işlətdiyini etiraf edib. O, bu hərəkətindən peşman olduğunu bildirərək üzr istəyib.

T.Salmanovun üzərinə baxış zamanı şəxsi istehlak miqdarında narkotik vasitə də aşkar olunub.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə T.Salmanov barəsində 45 gün müddətə inzibati həbs tətbiq edilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə