Təqvim
Azərbaycanlı dənizçi Qazaxıstan limanında İNTİHAR ETDİ
30 dekabr 2021 - 11:26

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Qarabağ” gəmisi-bərəsinin mexaniki intihar edib.

Bu barədə  qurumun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib.

O bildirib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid “Qarabağ” gəmisi-bərəsi 28 dekabr saat 19:20-də göyərtəsində 33 vaqon olmaqla Ələt limanından Qazaxıstanın Kurık limanına doğru yola düşüb. 29 dekabrdan gəmi əlverişsiz hava şəraiti ilə əlaqədar Kurık limanına yan alması üçün reyddə lövbərdə dayanıb.
 

30 dekabr saat 08:45-də “Qarabağ” gəmisi reyddə lövbərdə dayanan vaxt 3-cü mexanik 1981-ci il təvəllüdlü Zahir Əsgərəli oğlu Məstiyev özünü gəmidən atıb.
 

Gəmi heyəti tərəfindən dərhal suya xilasedici dairə atılıb və qayıq suya salınıb. Buna baxmayaraq dənizçi xilasedici dairəni tutmayıb.
 

Gəmi heyət üzvlərinin sözlərinə görə, Zahir Məstiyev səfər zamanı ailəsində problemlərin olduğunu bildirib. O, bununla əlaqədar əvəz edilməsi üçün müraciət edib. Müraciət əsasında gəminin Bakıya dönüşü zamanı onun əvəz olunması planlaşdırılırdı.
 

Hadisə ilə bağlı Qazaxıstanın və Azərbaycanın aidiyyatı qurumlarına dərhal məlumat verilib. Hazırda Zahir Məstiyevin axtarışı aparılır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Tərtərdə məktəbli qızın qaçırılması ilə bağlı araşdırmalara başlanıldı 16:41, 19 yanvar 2022
"Trendyol"dan paltar alanların nəzərinə! 16:33, 19 yanvar 2022
20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım ödənildi 16:20, 19 yanvar 2022
"Heykəl hündürdə olsaydı, bəlkə bu kimi neqativ hal yaşanmazdı"- Heykəlin müəllifi16:08, 19 yanvar 2022
ANAMA Goranboydakı mina hadisəsi ilə bağlı MƏLUMAT YAYDI16:04, 19 yanvar 2022
İşdən çıxarılan icra başçısının əmlaklarının SİYAHISI15:15, 19 yanvar 2022
Restoranda yas keçirənlər həbs edildi 14:48, 19 yanvar 2022
İradə Gülməmmədova icra başçısı vəzifəsindən azad edilib 14:33, 19 yanvar 2022
KTMT sülhməramlıları Qazaxıstanı tamamilə tərk etdi 13:30, 19 yanvar 2022
Teymur Musayev səhiyyə naziri təyin edildi 12:26, 19 yanvar 2022
İranda erməni kilsəsi bərpa edildi 11:19, 19 yanvar 2022
Çapdan bir gün əvvəl 10:34, 19 yanvar 2022
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı 18:20, 18 yanvar 2022
Fransa Ermənistanda yeni institut açır 16:42, 18 yanvar 2022
11 yaşında dünyaya uşaq gətirən qızla bağlı YENİ XƏBƏR 15:58, 18 yanvar 2022
Vətəndaşı şantaj edən "baxıcı" tutuldu 14:16, 18 yanvar 2022
Prezident Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib +FOTO=2113:27, 18 yanvar 2022
Qarabağa yalnız Azərbaycan vətəndaşları səfər edəcək 13:21, 18 yanvar 2022
15 yaşlı qızı evlənmək üçün qaçırtdılar 12:05, 18 yanvar 2022
Nazarbayevin qızının 63 milyon dollarlıq malikanəsi üzə çıxdı 11:02, 18 yanvar 2022
 

Bütün hüquqlar qorunur © 2022

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə