İran hökuməti Ermənistanın Qafan şəhərində (Zəngəzur vilayəti) konsulluq açmağı planlaşdırır. Bu barədə İranın dövlətə məxsus “İrna” xəbər agentliyi məlumat yayıb. Qeyd olunur ki, İran hökuməti dekabrın 29-da keçirilən iclasda Xarici İşlər Nazirliyinin Qafan şəhərində konsulluğun açılması təklifini bəyənib.
Bütün hüquqlar qorunur © 2025