Xaçmazda çay kənarından insan sümükləri tapılıb. Naməlum insan sümükləri Qudyalçayın sahilində aşkarlanıb. Sümüklərin kimə məxsus olmasını müəyyənləşdirmək üçün tapıntılar müvafiq ekspertizaya göndərilib. Ekspertizanın rəyindən sonra ölən şəxsin kimliyini və səbəbini müəyyənləşdirmək mümkün olacaq. Faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün hüquqlar qorunur © 2024