Türkiyənin Gürbulak Gömrük Hüquq-Mühafizə İdarəsi İrandan ölkəyə daxil olan ağır tonnajlı yük avtomobilində 462,5 kiloqram metamfetamin aşkar edib. Bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş özünün “Twitter” səhifəsində yazıb. Narkotik maddə müsadirə olunub və sürücü saxlanılıb.
Ticarət Nazirliyindən yayılan açıqlamada isə qeyd olunub ki, indiyədək Türkiyədə bu miqdarda metamfetamin ələ keçirilməyib. Bu, ən yüksək miqdardır.
Bütün hüquqlar qorunur © 2025