Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan telefon danışığı zamanı Azərbaycanla demarkasiya-delimitasiya mexanizmlərinin hazırlanmasının əhəmiyyətini qeyd ediblər. Tərəflər həmçinin Azərbaycan-Ermənistan sərhədində təhlükəsizlik və sabitlik səviyyəsinin yüksəldilməsinə yönəlmiş tədbirlərin vacibliyini də vurğulayıblar.
Bütün hüquqlar qorunur © 2024