Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Maştağa qəsəbəsində Savalan yaşayış massivində 1981-ci il təvəllüdlü İsmayılov Fəxrəddin İsmayıl oğlu, 1979-cu il təvəllüdlü İsmayılova Vüsalə İsmayıl qızı və 7 yaşlı Rzayeva Əsna Elnur qızı, 16 yaşlı Rzayev Rafiq Elnur oğlu yaşadıqları edə dəm qazından zəhərləniblər. Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.
Bütün hüquqlar qorunur © 2024