Rusiyanın Sankt-Peterburq şəhərinin sakini, ixtisasca vəkil olan kişi məhkəmədə Şaxta babaya qarşı iddia qaldırıb. O, Yeni ilin əsas simvolu sayılan Şaxta babadan 10 milyon rubl pul (230 min manat) təzminat və 23 hədiyyə tələb edir. Sankt-Peterburq sakini İqor Mirzoyev iddia edir ki, son 23 ildə onun Yeni il arzularının heç biri gerçəkləşməyib. Şaxta babadan şikayət edən Rusiya vətəndaşı bildirib ki, 1998-ci ilə qədər Yeni il ağacının altından hədiyyələr tapsa da, növbəti illərdə artıq arzusu ürəyində qalıb. Şikayətçi bildirib ki, onun mənzil, avtomobil, bağ evi, dünyanı gəzmək, eləcə də banklardan birində səhmlərinin olmasına dair arzularından heç biri bu günə qədər çin olmayıb. Şikayətin məhkəmə tərəfindən baxılmaq üçün icraata götürülməsi barədə hələlik məlumat verilmir.
Bütün hüquqlar qorunur © 2025