Təqvim
Paşinyan Azərbaycan sərhədçilərindən qorxaraq yolunu dəyişdi
05 noyabr 2021 - 16:44

Erməni baş nazir Nikol Paşinyan merliyə namizəd David Danielyanın atasının dəfn mərasimində iştirak etmək üçün Qafana gedib.

 

Əldə olunan məlumata görə, Paşinyan Qafana Azərbaycanın nəzarəti altında olan Goruş-Qafan dövlətlərarası avtomobil yolu ilə deyil - təmir olunan Vorotan-Nor Arajadzor yolundan keçərək gedib. Ən maraqlısı odur ki, təmir olunan Tatev yolu ilə Qafana gedən baş naziri 20-yə yaxın maşın müşayiət edib. "Polis əməkdaşları kəndlərin hər birinin kəsişməsində durub, Paşinyanın yürüşünü izləyiblər ki, yerli əhalidən heç kim ona yaxınlaşmasın", - deyə "Qrapatak" qəzeti yazıb.

 

Qəzet onu da yazır ki, Ermənistan baş naziri azərbaycanlılardan qorxduğu üçün dövlətlərarası yoldan istifadə etməkdən yayınıb. Əlavə edilib ki, baş nazir həm də öz ermənilərindən qorxur. Bu səbəbdən də onu mühafizə edənlərin və polislərin sayı artırılıb. "Əgər belə təhlüksizlik tədbirləri Qafanda da həyata keçirilirsə, o zaman onun nə vaxtsa Qarabağa səfər edəcəyini gözləməyinə dəyməz. "Başqa sözlə, məhz bu qorxu və həyəcanın nəticəsidir ki, Paşinyan bir ildir ki, "Artsax"a (Qarabağa) səfər edə bilmir" - deyə qəzet yazıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
...
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə