Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçini Azərbaycanda tapacağına söz verən və dələduzluq yolu ilə onun anasından 3 milyon 460 min dram (7 min dollardan çox) pul alan şəxs həbs edilib. Bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. H.M. adlı kişi itkin düşmüş şəxsin anası ilə əlaqə saxlayıb, oğlunun tapılmasına kömək göstərməyi təklif edib. Həmin şəxs itkin süşmüş erməni hərbçini guya Azərbaycandakı həbsxanaların birində tapdığını və onu Bakıdan aparmağa hazır olduğunu deyib. Bu “xidmət” üçün iyul-avqust aylarında həmin şəxs yuxarıdakı məbləği istəyib. O saxlanılıb, daha sonra ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. Dələduzluq edən şəxsi 8 ilə qədər həbs gözləyir.
Bütün hüquqlar qorunur © 2025