Təqvim
Təcavüzə uğrayan 11 yaşlı qızın nənəsi: "Ona baxa bilmərik, gəlinim özü bilsin"
03 noyabr 2021 - 15:20

“Nəvəmi bizə gətirəndə gördüm ki, qarnı şişib. Dedilər bir az kökəlib. Mən də dedim uşaqdır da, kökələr də, arıqlayar da. Xəstəxanaya aparanda həkim uşaq hamilədir deyəndə, dəhşətə gəldim”.

 

Bu sözləri İmişlidə zorlanmaya məruz qalan 11 yaşlı A.N.-in (şərtidir) nənəsi Oxu.Az-a baş verənlər barədə danışarkən deyib.

 

O bildirib ki, gəlini oğlu vəfat etdikdən bir neçə il sonra nəvələrini də götürüb evdən gedib:

 

“Oğlum 2014-cü ildə qaraciyər sirrozundan vəfat edib. Ondan sonra 2020-ci ilə qədər gəlinim uşaqlarla birlikdə bizim yanımızda yaşayırdı. Sonra dedi ki, mən daha belə yaşamaq istəmirəm, ailə qurmaq istəyirəm. Uşaqları da götürdü getdi. Övladlarından biri qız uşağıdır deyib, məhkəməyə müraciət etdim ki, qızı bizə versinlər. Elə oldu ki, nəvəm bizimlə qalmaq istəmədi. Qayda-qanuna uyğun qərar verdilər ki, anası ilə qalsın uşaqlar. Mən də daha heç nə demədim. Ötən ilin dekabr ayında gəlinim uşaqları da götürüb getdi atası evinə. Sonra bir müddət keçdi, bildik ki, bəs belə bir adam var, onunla birlikdə İmişlidə kirayə mənzil tutub, yaşayırlar.

 

Bu söhbətin üstündən bir xeyli keçmişdi həmin S.C. (ad şərtidir) 11 yaşlı nəvəm A.N.-i (şərtidir) gətirdi bizə ki, uşaq qardaşı ilə yola getmir, sizdə qalsın. Biz də nəvəmizi çölə atası deyildik ki. Dedik qalsın. Uşağa hazırlıq üçün müəllim tutduq. Babası özü uşağı dərsə aparıb-gətirirdi. Sonra qızın anası gəlib dedi ki, uşağımı aparıram. Nəvəm dedi getmək istəmirəm, amma apardılar. Uşağı aparıb gəzdirdilər, nə dedilər, nə demədilər nəvəm daha bizə gəlmək istəmədi”.

 

Nənəsi deyir ki, 11 yaşlı nəvəsi bir də bu məsələlərin mətbuata çıxmasından bir müddət əvvəl onlara gəlib:

 

“Gəlinimin anası qarnının şişinə görə nəvəmə deyib ki, sənin o biri nənən xəstəxanada işləyir, get, denən səni aparsın həkimə. Birinci deyirdilər ki, uşaq da atası kimi sirroz olub. Uşağı gətirdilər bizə, mən də apardım həkimə. Həkim uşağı yoxlayanda təəccübləndi. Dedi bu uşağın neçə yaşı var? Dedim 11 yaşı, nə olub ki? Dedi bu uşaq hamilədir. Mən dəhşətə gəldim. Mənim öz atam 42 yaşında rəhmətə gedib, dörd bacı biz heç birimiz belə hərəkətlərə yol verməmişik. Anamız bizə nəzarət edib.

 

Xəstəxanada uşaq heç nə demədi. Evə gələndən sonra divanda uzandı. Sual verdim ki, görüm bu nə işdir? Elə soruşdum ki, ay bala sənin başına nə hadisə gəlib? Səndən bunları soruşacaqlar. Dedi atalığımın qorxutmuşdu məni, anama deyə bilmədim. Anası soğan yığmağa gedirdi və çörək sexində növbəli işləyirmiş. Yəqin ki, hadisə o işə gedəndə bu uşaqla evdə tək qalanda baş verib. Məni yandıran odur ki, gətirib qoymadı mənim yanımda. Gəlinim bu səhvə necə yol verib, qəbul edə bilmirəm. Oğlumun yadigarının başına bu oyun gəlməməli idi”.

 

Zorlanmaya məruz qalan 11 yaşlı qızın nənəsi deyir ki, bundan sonra nəvəsinə sahib çıxa bilməzlər:

 

“Mən də, yoldaşım da xəstə adamıq. Bu saatdan sonra ona baxa bilmərik, gəlinim özü bilsin. Mənim oğlum çox qeyrətli oğlan idi. Kaş onun yerinə mən ölərdim. Sağ olsaydı, yığardı ailəsini başına, baxardı. Heç belə hadisələr baş verməzdi. Üç qız böyütmüşəm, evləndirmişəm, heç kim deyə bilməz ki, qızlarım haradan gəldi, hara getdi. Ana da uşağından bezər heç? Qızının 11 yaşı var, oğlunun 10 yaşı. Oğlan indi bizim yanımızdadır. Qız indi Bakıda xəstəxanadadır. Biz bu məsələdən uzaq dayanırıq, heç nə edə bilmərik”.

 

Qeyd edək ki, İmişlidə zorlamaya məruz qalan 11 yaşlı qızın qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi uşaq Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının neonotologiya şöbəsinə yerləşdirilmişdi. Körpə ötən gün xəstəxanada vəfat edib.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© oxu
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə