Təqvim
Ailə aclıqdan ölməmək üçün uşağını 500 dollara satdı
27 oktyabr 2021 - 11:16

Ümumdünya Ərzaq Proqramının "təcili hərəkətə çağırış" etdiyi Əfqanıstanda insanlar aclıqdan körpələrini satmaq həddinə gəliblər.

 

Tanımadığı ailəyə körpə qızlarını 500 dollara (təxminən 850 manat) çatan ailə özlərinə haqq da qazandırıblar. Onlar başqa çarələrinin olmadığını bildiriblər.

 

ABŞ-ın Əfqanıstandan çıxarılmasından sonra "Taliban" burada nəzarəti ələ keçirib. Beynəlxalq yardım fondlarının dondurulduğu ölkədə iqtisadi böhran insanları dəhşətli üsullara sürükləyir.

 

Beynəlxalq mətbuat Əfqanıstanda iqtisadi böhranla mübarizə aparan insanların müəyyən maddi gəlir əldə etmək üçün orqanlarını satdıqlarını yazıb.

 

BBC-nin yaydığı yeni xəbər isə ölkədəki dəhşətli faktları gündəmə gətirib. Aclıqdan ölmək üzrə olan əfqan ailəsinin körpəsini 500 dollara satması da bu faktlardan biridir. Dəhşətli hadisə ölkənin qərbində yerləşən Herat şəhərində baş verib. Övladını satan ana "Digər uşaqlarım aclıqdan ölürdü. Ona görə də qızımı satmalı oldum. Bilirəm ki, bunu etməməliydim", - deyərək çarəsizliyini dilə gətirib.

 

Qızın atası isə ailənin zibil toplamaqla dolandığını, lakin bu vəziyyətin daha heç nə gətirmədiyini söyləyərək, əlavə edib: "Acından ölürük. Hazırda evimizdə un, yağ yoxdur".

 

Atadan qızının taleyinin necə olacağını soruşduqda o, "Qızımın gələcəyini bilmirəm. Amma mən bunu etməli idim", - deyib.

 

Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Ümumdünya Ərzaq Proqramı (WFP) Əfqanıstanda 14 milyon insanın "aclığa doğru irəlilədiyini" və yardım göstərilməsə həyatını itirə biləcəyini açıqlayıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
...
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə