İki polis əməkdaşı silah oğurluğuna görə TUTULDU

Təqvim
İki polis əməkdaşı silah oğurluğuna görə TUTULDU
26 oktyabr 2021 - 10:55

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları Musa Allahverdiyev və Elxan Mustafayev barəsində cinayət işi başlanılıb.

 

Hər iki polis əməkdaşı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) və 232.2.3-ci (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri talama) maddələri ilə ittiham verilib.

 

Belə ki, Sabunçu rayon Polis İdarəsində “Zəfər K” tapançalarından birinin yoxa çıxması 2020-ci ilin dekabrında üzə çıxıb. Bakı şəhər Baş Polis İdarəsi tərəfindən aparılan yoxlama nəticəsində məlum olub ki, silahların sayında əskiklik var.

 

Silahın axtarışları dörd ay davam edib və 2021-ci ilin aprelində Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev və Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev bu məsələ ilə əlaqədar saxlanılıb.

 

Hər iki polis əməkdaşı barəsində aparılan ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Hazırda cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

 

Qeyd edək ki, 2020-ci ilin dekabrında yoxlama zamanı silahın yoxa çıxdığı aşkarlananda bir sıra şəxslər cəzalandırılıb, o cümlədən növbətçi hissənin rəisi Səhrab Rzayev vəzifəsindən azad edilərək, sərəncama göndərilib.

 

2021-ci ilin aprelində silahın yeri məlum olandan sonra o, Sabunçu rayonu, 13-cü polis bölməsinə inspektor vəzifəsinə təyin edilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Azərbaycan daha bir ermənini TƏHVİL VERDİ19:27, 27 noyabr 2021
Koronavirusun yeni növünə yoluxma aşkar edildi 19:13, 27 noyabr 2021
Gülağa Tənha : Növbəti özül tökmə19:08, 27 noyabr 2021
Sarkisyanla Paşinyanın istefası tələb olundu 18:58, 27 noyabr 2021
18 yaşlı qız özünü binadan atdı 18:41, 27 noyabr 2021
Kürdəmirdə mikroavtobus aşdı 16:36, 27 noyabr 2021
İşğaldan azad edilən Füzulinin Qoçəhmədli kəndi +VİDEO15:30, 27 noyabr 2021
21 yaşlı oğlan intihar etdi 11:36, 27 noyabr 2021
Gorus-Qafan yoluna görə Ermənistanda yanacaq bahalaşacaq 11:14, 27 noyabr 2021
3 yaşlı uşağın babası bioloji atası çıxdı 11:02, 27 noyabr 2021
Gülağa Tənha Məhz dediyi vaxta tikinti işlərini yekunlaşdırıb, binanı təhvil verdi!18:52, 26 noyabr 2021
“Demarkasiya və delimitasiya prosesinə başlamağa hazırıq” - Paşinyan18:26, 26 noyabr 2021
Soçidə Əliyev, Putin və Paşinyanın görüşü başladı +VİDEO18:21, 26 noyabr 2021
İrəvanda Azərbaycan əleyhinə mitinqlər davam edir 17:03, 26 noyabr 2021
Dekabrın 15-dən Bakıda istilik kəsilə bilər 16:54, 26 noyabr 2021
Qarabağda məhv edilən terrorçuya abidə qoyuldu 14:22, 26 noyabr 2021
Daha 2 erməni Ermənistana təhvil verildi 14:05, 26 noyabr 2021
İsraildə COVİD-19-un yeni növü aşkar edildi 13:46, 26 noyabr 2021
"Qarabağ"ın azarkeşləri möhtəşəm xareoqrafiya nümayiş etdirdilər 12:00, 26 noyabr 2021
Şimalİ Koreyada liderin paltosundan geyinmək QADAĞAN OLUNDU19:31, 25 noyabr 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə